AZ

Qazaxda evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

06.01.2026-cı il tarixində saat 15:00 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlardan 1975-ci il təvvəlüdlü şəxsə sol mil sümüyünün aşağı 3/1 -nin sınığı və gövdənin birinci dərəcəli termiki yanığı , 1974- cü il təvvəlüdlü şəxsə isə, hər iki diz qapağının səthi travması və sol əlin ovuc səthinin sıyrılmış cızılmış yarası diaqnozu təyin edilib.

"Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsinə davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir",- qurumdan əlavə olunub.

Seçilən
28
1
day.az

10Mənbələr