AZ

Arıqlamağı sevmirdi, həyatdan zövq almağı xoşlayırdı, mən də onu Real dan göndərdim

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Məşhur məşqçi Fabio Kapello işlədiyi ən yaxşı futbolçular barədə danışıb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis braziliyalı sabiq hücumçu Ronaldonun onun üçün birinci yerdə olduğunu deyib:

“Şübhəsiz ki, Ronaldo. Ondan sonra isə Van Basten. Mən Ronaldonu çalışdıranda o, zədəsiz idi, lakin xüsusi həvəs də göstərmirdi. Arıqlamağı sevmirdi, həyatdan zövq almağı xoşlayırdı. Mən də onu "Real"dan göndərdim. Amma məndən ən yaxşı futbolçunun kim olduğunu soruşsanız, cavab sadədir, şübhəsiz ki, Ronaldo”.

Kapoeelo braziliyalı futbolçuların hazırlıq xüsusiyyətlərinə də toxunub:

“Təəssüf ki, onun məşq etmək istəməməsi bir çox braziliyalı futbolçuda müşahidə olunub. Məsələn, Ronaldinyoda da belə idi. Onun problemi məşqlərdə yox, çəkisini azaltmaqda idi. "Real"da olarkən 94 kiloqram çəkisi vardı. Ondan 2002-ci ildə Yaponiyada dünya çempionu olanda neçə kiloqram olduğunu soruşdu. O, dedi ki, 84".

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
sportal.az

2Mənbələr