Bakının məşhur özəl klinikalarından olan “Bona Dea” klinikasının tibb təhsili və sertifikasiya şəhadətnaməsi olmayan şəxsləri çalışdırdığı məlum olub.
Klinika ilə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Bu gün – 6 yanvar tarixində, saat 15:30-da hakim Nəriman Mehdiyevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Bona Dea” hospital 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. Hospitalın baş icraçı direktoru Faiq Əliyev özü, hospitalın baş həkimi isə Musa Abbasovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.