Bakıda 37 yaşlı kişi mağazada qəfil ölüb.
NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki mağazalardan birində qeydə alınıb.
Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Seymur Məmmədov Nəsimi rayonu ərazisindəki mağazalardan birində olarkən qəfil özünü pis hiss edib. O, hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə, S.Məmmədov ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.