AZ

İnfarktın əlamətləri: diqqətli olun

İnfarkt (ürək əzələsinin qəflətən zədələnməsi) ani və həyati təhlükə yarada bilən vəziyyətdir.

 

Pravda.az bildirir ki, ən çox rast gəlinən əlamət döş qəfəsində ağrı, sıxılma hissidir. Bu ağrı sol qola, boyuna, çiyinə və çənəyə yayıla bilər.

 

Bununla yanaşı, nəfəs darlığı, soyuq tər, başgicəllənmə, halsızlıq, ürəkbulanma və qusma kimi simptomlar da müşahidə olunur. Bəzi hallarda xəstələr güclü yorğunluq və narahatlıq hiss edə bilirlər.

 

Həkimlər xəbərdarlıq edir ki, bu əlamətlər hiss olunduqda təxirəsalınmaz şəkildə həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır, çünki erkən müdaxilə infarktın fəsadlarını azaltmağa və həyat xilas etməyə kömək edir.

 

Əminə Bayramova

 

 

Tarix: 6 Yanvar 2026, 17:19   
Seçilən
65
pravda.az

1Mənbələr