Aktual.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Feysbuk səhifəsində yazıb.
"Məlum olur ki, Brüssel lazım gəldikdə dünya nizamının dağılmasından yararlanmaqdan və bundan öz xeyrinə istifadə etməkdən çəkinmir. Brüsselin Gürcüstana qarşı beynəlxalq hüququ pozan hərəkətləri bunun əyani sübutudur. Gürcüstan hökumətinin iki əsas vəzifəsi dəyişməz olaraq qalır: ölkənin ərazi bütövlüyünü bərpa etmək və gürcü xalqının rifahını təmin etmək. Ərazi bütövlüyü uğrunda mübarizədə siyasi hisslərə və illüziyalara yer yoxdur. Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlət və hökumət heç vaxt gürcü xalqının dostu ola bilməz - bu, fundamental həqiqətdir”, - o bildirib.