AZ

Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4-ə çatdı

Hələbdə Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4 nəfərə çatıb.

KONKRET.az “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, Suriya ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu bildirib.

SDQ isə Suriya ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.

Hər iki tərəf bir-birini ilk hücuma başlamaqda günahlandırır.

Seçilən
102
1
konkret.az

2Mənbələr