AZ

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

525.az-a Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 30-na təyin edilmiş iclasında baxılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
13
525.az

10Mənbələr