AZ

Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ötən il dekabrın 29-da 35 milyon manat kredit cəlb edib.

Məlumata görə, kredit bankdan illik 7,25 %-lə, 7 il müddətinə, ABŞ dollarında ifadə edilməklə və qurumun aktivləri ilə təmin olunmaqla əldə olunub.

Bundan başqa, ölkə Prezidentinin 10 yanvar 2025-ci il tarixli fərmanına uyğun olaraq, ötən ilin iyun ayında qurumun investisiya fəaliyyətinin dəstəklənməsi məqsədilə ona əlavə ödənilmiş kapital kimi 17,5 milyon manat ayrılıb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

İş elanları AzVak.az-da

© "Report" 

Seçilən
67
25
marja.az

10Mənbələr