AZ

Şirvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə yeni qeydiyyatdan keçmiş, eləcə də fəaliyyəti bərpa olunmuş sahibkarlar iştirak ediblər.

XQ xəbər verir ki, görüş zamanı vergi ödəyicilərinin hüquq və vəzifələri, vergitutma məqsədləri üçün uçotun aparılması, bəyannamələrin düzgün tərtib olunması və vaxtında təqdim edilməsi zərurəti barədə ətraflı məlumat verilib. Bundan başqa, tədbir iştirakçılarına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə və sadələşdirilmiş vergi bəyannaməsinin öncədən doldurulması (“prefiling”) elektron xidməti, ödəyicilərin elektron kabinetdən istifadəsi ilə bağlı mövzular izah edilib.

Sahibkarların inzibatçılıq prosesləri barədə sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Analoji görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
xalqqazeti.az

3Mənbələr