İranda iqtisadi vəziyyətin ağırlaşması ilə bağlı etirazlar davam edir. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, İran etirazçıları öldürməyə başlasa, ABŞ tərəfindən sərt şəkildə vurulacaq.
Bəs ABŞ İranı vura bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, İranda iqtisadi vəziyyətin pis olması elə ABŞ-nin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindəndir.
"İranda iqtisadi vəziyyət niyə pisləşib? Çünki Amerika 40 ildir İranı iqtisadi sanksiyalar altında saxlayır. İran İslam Respublikasının hökuməti səmərəli siyasət həyata keçirə bilmir, çünki Amerikanın sanksiyaları ilə üzləşib. Ağır vəziyyət yaranıb, əhali narazılığını bildirir və bu zaman da Tramp deyir ki, əgər bu iqtisadi etirazlar zamanı İran hökuməti kimisə öldürsə, Amerika məsələyə qarışacaq. Onsuz da qarışıb, bombalayır, sanksiyalar tətbiq edir. Yəni, bu, ikiüzlü bir siyasətdir. Qərbin siyasəti əxlaqsız siyasətdir", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI