AZ

Memar Əcəmi stansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

“Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir.

APA-Economics” xəbər verir ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Seçilən
72
12
apa.az

10Mənbələr