AZ

Orqanizmin əsas detoks sistemi qaraciyər və böyrəklərdir Həkim

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bayram günlərində qida rasionunun normadan artıq zəngin və kalorili olması orqanizmdə, xüsusilə həzm sistemi üzərində əlavə yük yaradır. Nəticədə şişkinlik, mədə yanması, halsızlıq, yuxululuq və bəzən də çəki artımı müşahidə olunur. Bunu qastroenteroloq Ramil Məmmədli Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, bayramdan sonra əsas məqsəd orqanizmi “cəza rejiminə” salmaq deyil, onu tədricən balanslı qidalanmaya qaytarmaqdır:“İlk növbədə, qəfil aclıq və ya kəskin pəhrizlərdən uzaq durmaq lazımdır. Bir çox insan bayramdan sonra günlərlə az yeməyə və ya yalnız maye qidalar qəbul etməyə çalışır. Bu isə maddələr mübadiləsini zəiflədir, halsızlığı artırır və sonradan daha çox yeməyə səbəb olur. İkinci mühüm addım su balansının bərpasıdır. Bayram günlərində duzlu və yağlı qidalar çox qəbul edildiyi üçün orqanizmdə maye tutulması baş verir. Gün ərzində kifayət qədər su içmək toksinlərin atılmasına, həzmin yaxşılaşmasına və ödemin azalmasına kömək edir. Qidalanmada yüngül, lakin qidalı yeməklərə üstünlük verilməlidir”. O deyib ki, tərəvəz şorbaları, buxarda bişmiş tərəvəzlər, qaynadılmış və ya sobada hazırlanmış ağ ətlər, yoqurt və kefir kimi məhsullar həzm sistemini yormadan bərpa prosesini sürətləndirir:“Qızardılmış, çox yağlı və şirin qidalar isə ilk günlərdə məhdudlaşdırılmalıdır. Tez-tez yol verilən səhvlərdən biri də “detoks” adı altında nəzarətsiz içkilər və qarışıqlar qəbul etməkdir. Bu cür üsullar tibbi əsaslara söykənmir və xüsusilə mədə-bağırsaq, böyrək və qaraciyər problemləri olan insanlar üçün risklidir. Orqanizmin əsas detoks sistemi qaraciyər və böyrəklərdir və onları qorumağın yolu balanslı qidalanmadır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
demokrat.az

1Mənbələr