BAKI, 6 yanvar. TELEQRAF
Venesuela Milli Assambleyasının (parlament) Federal Qanunvericilik Sarayında 2026-2031-ci illər üçün yeni hökumət seçimləri ilə bağlı müzakirələrdə çıxış edən Nikolas Maduronun oğlu Gerra Maduro atasının tezliklə vətənə qayıdacağına əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Gerra atasının onları güclü kişi kimi böyütdüyünü deyib:
"Sən qayıdana qədər vəzifəmizi yerinə yetirəcəyik. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə Venesuelada bir-birimizi qucaqlayacağıq", - deyə göz yaşları içində o, bildirib.
Qeyd edək ki, Maduro və həyat yoldaşı 5 yanvarda Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinə çıxarılıblar. ABŞ hakimiyyəti onları narkotik qaçaqmalçılığında ittiham edir. Lakin hər ikisi ittihamları qəbul etməyib.