Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Klub maaşını 6 dəfə artırdı, futbolçu razılaşmadı
Fransanın "Marsel" klubunda vəziyyət gərginləşib.
QOL.az “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, klubun futbolçusu Robinio Vazla müqavilə danışıqları dalana dirənib. Klub rəhbərliyi hələ oktyabr ayından etibarən oyunçu ilə müqaviləni iki il uzatmaq üçün danışıqlara başlayıb.
Məlumata görə, "Marsel" Vazın hazırkı məvacibini (aylıq təxminən 10 min avro) altı dəfə artırmağı təklif edib. Lakin ciddi maliyyə artımına baxmayaraq bu təklif futbolçunu və onun nümayəndələrini qane etməyib. Klub rəhbərliyi isə təklif olunan məbləğlə bağlı qəti mövqe sərgiləyib.
Qeyd edək ki, hazırda yaranan gərginlik fonunda futbolçunun klubdan göndərilməsi məsələsi gündəmə gəlib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.