ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda toy edib.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, onun oğlu Şahin Günel adlı qızla ailə həyatı qurub. Mərasim Dubayın məşhur "Ritz-Carlton" otelində baş tutub.
Toyda Azərbaycanın tanınmış simaları da iştirak edib. Aparıcı Nanə Ağamalıyeva mərasimi idarə edib, Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib.
Qeyd edək ki, Hasil Nurullayev tikinti sahəsində tanınmış sahibkarlardan biridir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.