AZ

Deputatın sadından saxta açıqlama yayıldı - Əsəbiləşdi

Xəbər verdiyimiz kimi, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin qardaşı oğluna Dubayda dəbədəbəli toy edib.

Ölkə.Az yazır ki, deputat “TV Müsavat”a açıqlamasında toyun dəbdəbəli olmadığını söyləyib.

O, həmçinin Rusiyada yaşayan qardaşına görə cavabdeh olmadığını söyləyib.

Partiya sədrinin bu açıqlamasından sonra sosial şəbəkələrdə daha bir çıxış tirajlanıb.

Razi Nurullayevin adından yayılan açıqlamada jurnalistin “Bəs deyirdiniz dəbdəbəli toy etmək olmaz?” sualına deputatın “Mən Azərbaycanda demişdim, Dubayda olar” cavabını verdiyi iddia edilib.

Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bundan sonra R.Nurullayevin profilindən emosional paylaşım edilib. Paylaşımda aşağıdakı ifadələr yer alıb:

“Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olur-olsun, ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”, - deyə o qeyd edib.
Daha sonra isə sözügedən paylaşım onun rəsmi hesabından silinib.

Qeyd edək ki, Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda etdiyi toyda Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib. Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq atəşfəşanlıq nümayiş etdirilib.

Billurə
 

Seçilən
46
1
olke.az

10Mənbələr