Bakı.Trend:
Əfqanıstanda uzun illər şəriət qaydalarını pozduğu və“cadugərliklə” məşğul olduqları iddia olunan iki qadınsaxlanılıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xeyirin Təşviqi vəŞərin qarşısının alınması nazirliyinin mətbuat xidməti məlumatyayıb.
“Paktika əyalətinin Barmal qəsəbəsində uzun illər kişiqiyafəsində, kişi saç düzümündə olaraq, şəriətə zidd olancadugərlik fəaliyyəti ilə məşğul olan iki qadın saxlanılıb”, -məlumatda qeyd olunur.
Məlumata görə, qadınlar yerli əhalinin şikayətləri əsasındasaxlanılıblar. Saxlanılan şübhəlilərin evlərindən cadugərlikləbaxlı kitablar və müvafiq ləvazimatlar aşkarlanıb.
İlkin istintaqdan sonra təqsirləndirilən şəxslər məhkəməorqanlarına təhvil verilib və onların işlərinə şəriət qanunlarınauyğun şəkildə baxılacaq. İslam hüququnda cadugərlik və falçılıqağır günahlardan biri hesab olunur.