Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Publika.az xəbər verir ki, bu vəzifə Leyla Sarabiyə həvalə edilib.
O, bundan əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində çalışıb və yeni vəzifəsində Orxan Cəlilovu əvəz edib.