AZ

Suriyada əhali toqquşmaların baş verdiyi yerləri tərk edir

Suriyanın Hələb bölgəsində hökumət qüvvələri və Suriya Demokratik Qüvvələri arasında yaşanan toqquşmalardan sonra mülki əhali ərazini tərk etməyə başlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, atışmaların baş verdiyi Şeyx Məqsud və Əşrəfiyyədə yaşayan əhali yaşayış yerlərini daha təhlükəsiz məkanlarla əvəz etmək üçün sözügedən bölgələrdən çıxırlar.

Hələbdə hökumət nümayəndələri SDQ-nin hücumları nəticəsində xəsarət alanların sayının 15 nəfərə çatdığını bildirirlər.

Xəsarət alanlardan 9 nəfəri Hələb Kənd Təsərrüfatı İdarəsi əməkdaşlarıdır.

Qeyd edək ki, hər iki tərəfdən ölü və yaralılar var.

Seçilən
87
5
nocomment.az

7Mənbələr