AZ

"Kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların sintetik maddə ilə rəngləndiyi məlum olub

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların “Tartrazin (E102)” qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.

“Tartrazin (E102)” dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.

Xatırladırıq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Şahin Salam oğlu Salahova məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.

Seçilən
72
35
yeniazerbaycan.com

10Mənbələr