ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin ən məşhur və sevilən rok qruplarından biri olan “maNga” uzun fasilədən sonra yenidən Bakı səhnəsində çıxış edəcək.
Globalinfo.az xəbər verir ki, qrup “Kupon Booking”in təşkilatçılığı ilə 17 yanvar 2026-cı il tarixində “Bakı Konqres Mərkəzi”ndə musiqisevərlərlə görüşəcək.
“maNga”nın Bakıda baş tutan əvvəlki konsertləri hər zaman böyük maraq və izdihamla yadda qalıb. Bu dəfə isə qrup paytaxt tamaşaçıları üçün daha zəngin və xüsusi konsert proqramı hazırlayıb.
Müasir rok musiqisini alternativ üslubla birləşdirən “maNga” güclü səhnə performansı, yüksək enerjisi və tamaşaçı ilə qurduğu emosional bağla tanınır. Qrup 2010-cu ildə “Avroviziya” mahnı müsabiqəsində “We Could Be The Same” mahnısı ilə Türkiyəni təmsil edərək II yerə layiq görülüb.
“Cevapsız Sorular”, “Dünyanın Sonuna Doğmuşum”, “Bir Kadın Seveceksin” kimi hit mahnıları bu gün də geniş auditoriya tərəfindən sevilərək dinlənilən “maNga”nın Bakı konsertinin böyük maraq doğuracağı gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.