AZ

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

ain.az, Moderator.az saytına istinadən bildirir.

İsveçrədə yanğın baş verən xizək kurortunda yerləşən "Le Constellation" barının sahibi sahibi Jak Moretti Fransada insan alveri ittihamı üzrə təqsirli bilinib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Le Parisien" qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, Moretti və onun əlbir olduğu şəxs qanunsuz fəaliyyətlərinə 2005-ci ildə başlayıblar. Jurnalistlərə məlum olduğu kimi, Fransa vətəndaşı olan üç qadın o zaman gənc qadınları İsveçrədə masaj salonunda işləmək üçün işə cəlb edirmişlər. İş hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. 2008-ci ildə J.Moretti 1 il müddətinə həbs edilib.

Bildirilib ki, Jak Moretti ittihamları rədd edib.

Xatırladaq ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda yanğın baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
1
moderator.az

2Mənbələr