AZ

Gürcüstanlı yarımmüdafiəçi üçün nəhəng rəqabət ƏTRAFLI

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda "Sent-Etyen"də çıxış edən 24 yaşlı gürcüstanlı yarımmüdafiəçi Zuriko Davitaşvili bir neçə iddialı klubun transfer siyahısına daxil edilib.

Fanat.Az xəbər verir ki, hazırkı komandasından ayrılmaq istəyən istedadlı futbolçu ilə Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klubları yaxından maraqlanır.

"Foot Mercato"nun məlumatına görə, Türkiyə təmsilçiləri ilə yanaşı, İngiltərənin "Everton" və Portuqaliyanın "Benfika" klubları da Davitaşvilini heyətinə qatmaq üçün hərəkətə keçib.

Bazar dəyəri təxminən 8 milyon avro olan futbolçunun yaxın vaxtlarda gələcəyi ilə bağlı yekun qərar verəcəyi gözlənilir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
fanat.az

2Mənbələr