AZ

Yenidən “Barselona”da çıxış edəcək

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Joao Kanselo yenidən “Barselona”da çıxış edəcək."Football-plus.az" xəbər verir ki, İspaniya klubu portuqaliyalı müdafiəçini geri qaytaracaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu “Əl-Hilal”dan icarəyə götürəcək. Tərəflər artıq transferlə bağlı razılıq əldə ediblər. “Barselona” Kanselo ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq. Bunun üçün Səudiyyə Ərəbistanı klubuna 4 milyon avro ödəyəcək.Kanselo 2024-cü ilin yayından “Əl-Hilal”da oynayır. O, bu mövsüm komanda ilə bütün yarışlarda 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Joaonun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdi. O, əvvəllər “İnter”də də oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
icma.az

3Mənbələr