Musavat.com xəbər verir ki, aksiyalara səbəb baş nazir Nikol Paşinyanın son açıqlaması olub. Paşinyan ictimai çıxışında katolikosun subaylıq andını pozduğunu, onun övladının olduğunu iddia edib. Bu bəyanat cəmiyyətdə ciddi rezonans doğurub və kütləvi narazılığa yol açıb.
Qeyd olunur ki, kilsə ilə dövlət arasında münasibətlərin bu səviyyədə açıq qarşıdurmaya keçməsi Ermənistan tarixində nadir haldır. Etirazçılar prosesin zorakılıqsız, dinc şəkildə başa çatdırılmasını və kilsə rəhbərliyində dəyişiklik aparılmasını tələb edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31