AZ

"Xinxua" agentliyi Prezidentin son müsahibəsindən yazdı

Çinin "Xinxua" agentliyinin ingilisdilli bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb.

Publika.az xəbər verir ki, "Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirib" adlı yazıda deyilir:

"Azərbaycan Prezidenti bazar ertəsi yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlığın qurulması Çinlə iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə gücləndirib, biznes və dövlət qurumlarının təmaslarını artırmaq üçün güclü təkan verib.

Prezident həmçinin vurğulayıb ki, Çin şirkətləri Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisində fəal iştirak edirlər. O əlavə edib ki, Çin avtomobil istehsalçılarının iştirakı ilə elektrik avtobuslarının yığıması layihəsi artıq başlayıb.

Seçilən
92
3
publika.az

4Mənbələr