AZ

Maduronu ABŞ-a o təhvil verib

Venesuela Prezidenti Nikolas Maduronun iki saatlıq əməliyyatla qaçırılması dünya xəbərlərinin əsas mövzusdur.

"Bakuinfo" xəbər verir ki, Venesuele rəsmiləri və digər rəsmi şəxslər Maduronun xəyanət nəticəsində ABŞ xüsusi təyinatlılarının əlinə keçdiyini iddia edib.

Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon də bu iddiaları yayan şəxslərdən biridir. Onun sözlərinə görə, hazırda Venesuelanın müvəqqəti prezidenti təyin olunmuş Delsi Rodriges "Maduroya xəyanət edən şəxs"dir.

"Mən onun Maduronu təslim etdiyinə tamamilə əminəm", - deyə Kalderon qeyd edib.

Xatırladaq ki, Venesuela Ali Məhkəməsi (TSJ), Maduronun yoxluğu səbəbindən, inzibati davamlılığı və ölkənin ümumi müdafiəsini təmin etmək üçün Rodrigesin müvəqqəti olaraq Venesuela prezidentinin bütün səlahiyyətlərini, vəzifələrini və məsuliyyətini öz üzərinə götürməsi barədə qərar vermişdi.

Solçu ailədən olan və Uqo Çaves dövründən bəri ölkədə müxtəlif vəzifələrdə çalışan 57 yaşlı Delsi Rodriges 2017-ci ildən Venesuelanın vitse-prezidentidir.

Seçilən
81
3
bakuinfo.net

10Mənbələr