AZ

Lənkəranda ikimərtəbəli evin qəsdən yandırıldığı deyilirVİDEO

Lənkəranda ikimərtəbəli evdə yanğın olub. Hadisə səhər saatlarında rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlayan yanğın bir anda ətrafa yayılıb.

Dərhal hadisə yerinə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Ev sahibi Rəvayət Qurbanova deyib ki, yanğın baş verən zaman onlar Bakı şəhərində olublar. O, yanğının qəsdən törədildiyini iddia edib.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, yanvarın 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
2
xezerxeber.az

3Mənbələr