AZ

Bornmut un hücumçusu uzunmüddətlik sıradan çıxdı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı

"Bornmut"un hücumçusu Castin Kluvert sıradan çıxıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin üzvü cərrahi əməliyyat olunacaq.

Məlumata görə, 26 yaşlı futbolçu Premyer Liqanın 20-ci turunda “Arsenal”la keçirilən və 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada zədələnib. Oyunun 74-cü dəqiqəsində meydanı tərk edən hücumçunun sol dizindən ciddi xəsarət aldığı müəyyənləşib.

Bildirilir ki, əməliyyatdan sonra Kluverti uzunmüddətli bərpa dövrü gözləyir. O, həmin müddətdə komandasına kömək edə bilməyəcək. Klubun tibbi personalı futbolçunun reabilitasiya prosesinə tam nəzarət edəcək.

Qeyd edək ki, klub yaydığı bəyanatda Castinə şəfa diləyib və onun tezliklə meydanlara qayıtmasını səbirsizliklə gözlədiklərini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
4
qol.az

5Mənbələr