Ötən il Aqrar Sığorta Fondu fermerlərə 9 milyon 147 min manat sığorta ödənişi edib.
"Report" Fonda istinadən xəbər verir ki, bu, 2024-cü ildə edilmiş ödənişlərlə müqayisədə 2,7 milyon manat və ya 43 % çoxdur.
Bildirilib ki, 2025-ci ildə həyata keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Ötən il ödənişlərin əsas hissəsi meyvə bağları - şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.
Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.