AZ

Tramp Baydenin şəxsən imzaladığı yeganə sənədi açıqladı

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin şəxsən imzaladığı yeganə sənədin oğlu Hanterin əfvi barədə fərman olduğunu bildirib.

Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bunu ABŞ Nümayəndələr Palatasında Respublikaçı qanunvericilərə müraciətində bəyan edib.

Trampın sözlərinə görə, qalan sənədlər bilavasitə Bayden tərəfindən deyil, avtomatik qələmlə imzalanıb.

Qeyd edək ki, Bayden oğlu Hanteri 2 dekabr 2024-cü ildə əfv edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
6
moderator.az

7Mənbələr