Bərdədə Əməkdar müəllim vəfat edib.
Bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbi məlumat yayıb.
Bildirilib ki, uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü liseydə fəaliyyət göstərmiş, son dövrlərdə isə fəaliyyətini N.Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta məktəbdə davam etdirən Əməkdar müəllim Mehdiyeva Püstə Tahir qızı bu gün dünyasını dəyişib.
Püstə Mehdiyeva 2010-cu ildə 94 saylı Bərdə kənd dairəsindən Milli Məclisin üzvlüyünə namizəd olmuşdu.