AZ

Minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR

Ajans.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
108
9
Ajans.az

10Mənbələr