Türkiyənin "Fənərbağça" klubu müdafiə xəttini gücləndirmək məqsədilə PSJ-nin braziliyalı stoperi Lukas Beraldonu hədəfə alıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi gənc müdafiəçini heyətinə qatmaq üçün Fransa klubu ilə rəsmi danışıqlara start verib.
"Fotomaç"ın yaydığı xəbərə görə, "Fənərbağça" rəhbərliyi ilə PSJ rəsmiləri arasında transferin detalları barədə görüşlərin keçirildiyi bildirilir.
Lukas Beraldonun gəlişi "sarı-lacivərdlər"in müdafiə sistemində mühüm dəyişiklik kimi qiymətləndirilir.