COVID-19 pandemiyası zamanı modul tipli xəstəxanalara ayrılmış təcili tibbi yardım (ambulans) nəqliyyat vasitələri hazırda da istifadədədir.
Far.Az-in TƏBİB-ə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, həmin ambulanslar TƏBİB-in tabeliyində fəaliyyət göstərir, tibb müəssisələrinə paylanıb və vətəndaşlara xidmət göstərmək üçün aktiv şəkildə istifadə olunur.
Qurum qeyd edib ki, təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, resursların səmərəli idarə olunması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə ambulans sayının artırılması və monitorinq işləri davam etdirilir.
Şahanə Xankişiyeva