AZ

Ağ Ev: Qrenlandiya ABŞ tərəfindən daha yaxşı qoruna bilər

Vaşinqton, 6 yanvar, AZƏRTAC

Qrenlandiya ABŞ tərəfindən daha yaxşı qoruna bilər.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin sözçüsü Anna Kelli CNN-ə açıqlamasında bildirib.

"Prezident Tramp Qrenlandiyanın milli təhlükəsizlik baxımından vacib strateji əhəmiyyətə malik bir yer olduğuna inanır və o əmindir ki, əgər ABŞ onları Arktika bölgəsindəki müasir təhdidlərdən qoruyarsa, qrenlandiyalıların maraqları daha yaxşı müdafiə olunacaq”, - deyə sözçü bildirib. O, Prezidentin həm ölkə daxilində, həm də xaricdə uzunmüddətli sülhün bərqərar olmasına sadiq olduğunu əlavə edib.

Qeyd edək ki, bu gün Avropa liderləri Qrenlandiyanın Danimarkaya məxsus olması və bu ölkəyə dəstəklə bağlı birgə bəyanat yayıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
51
5
azertag.az

5Mənbələr