AZ

Tramp: Respublikaçılar uduzsa, demokratlar mənə impiçment elan edəcəklər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər respublikaçılar Konqresə keçiriləcək aralıq seçkilərində qalib gəlməsələr, demokratlar ona impiçment elan edə bilərlər.APA xəbər verir ki, Tramp bu açıqlamanı ABŞ Nümayəndələr Palatasında çıxışı zamanı verib.

“Aralıq seçkilərində qalib gəlməlisiniz, çünki əgər qalib gəlməsək, onlar mənə impiçment elan etmək üçün bəhanə tapacaqlar. Mənə impiçment elan ediləcək”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, respublikaçıların Konqres seçkilərində qələbə qazanacağına əmindir.Qeyd edək ki, ABŞ-da aralıq seçkilərinin 2026-cı ilin noyabrında keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
6
apa.az

7Mənbələr