AZ

"Volkswagen" 356 mindən çox avtomobilini geri çağırdı

"Volkswagen" 356 mindən çox avtomobilini geri çağırdı

Alman avtomobil istehsalçısı "Volkswagen" ABŞ-da kamera problemi ilə əlaqədar 356 mindən çox avtomobili geri çağırıb.

ABŞ-ın Milli Avtomobil Yolları Hərəkət Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasında geri çağırmanın 2019–2026-cı illər arasında istehsal edilmiş bəzi modelləri əhatə etdiyi bildirilib.

Açıqlamada arxa görüntü kamerasından təsvir alınmaması probleminin aşkar edildiyi, bu səbəbdən geri çağırma qərarının verildiyi qeyd olunub. Kamera nasazlığının sürücünün baxış sahəsini daraldaraq qəza riskini artıra biləcəyi vurğulanıb.

Məlumata görə, proqram təminatındakı bir nasazlıq arxa görüntü kamerasının lazımi şəkildə işləməsinə mane ola bilər. Açıqlamada “Bu səbəbdən sözügedən avtomobillər Federal Motorlu Nəqliyyat Vasitələrinin Təhlükəsizlik Standartı 111 — ‘Arxa Görünüş’ tələblərinə cavab vermir” ifadəsi yer alıb.

Açıqlamada geri çağırmadan potensial olaraq təsirlənən avtomobillərin sayının 356 min 649 olduğu bildirilib.

Dilerlərin sürücüyə dəstək proqram təminatını ödənişsiz şəkildə yeniləyəcəyi qeyd edilib. Geri çağırmadan təsirlənən avtomobil sahiblərinin 17 fevral 2026-cı il tarixinədək məktub vasitəsilə məlumatlandırılacağı bildirilib.

Digər tərəfdən, "Volkswagen Group" ötən il "Volkswagen" markasının ABŞ-dakı satışlarında ciddi azalma qeydə alıb.

"Volkswagen Group" ABŞ tərəfindən verilən açıqlamaya əsasən, ölkədə satışlar ötən il 13 faiz azalaraq 329 min 813 avtomobilə enib.

Seçilən
61
afn.az

1Mənbələr