Bakı. Trend:
Çinin milli xəbər agentliyi Sinxuanın Azərbaycan Prezident İlhamƏliyevin yerli televiziya kanallarına müsahibəsi zamanıAzərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləriÇin mediasında geniş yayılıb.
Trend xəbər verirki, “Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığıyüksək qiymətləndirir” adlı Çin və ingilis dilində hazırlananxəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəflistrateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimidəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidentihərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadiəlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlətstrukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyinideyib.
Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çinşirkətlərinin Azərbaycanda günəş və külək elektrik stansiyalarınıninşasında fəal iştirakına toxunub, Çinli tərəfdaşlarla Azərbaycandaelektrik avtobuslarının istehsalına başlanıldığını deyib.
Sinxua Prezident İlham Əliyevin “Biz təkcə yaşıl energetikanıdeyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə,gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çinşirkətlərini seçdik” sitatını da xəbərə daxil edib.
Qeyd edək ki, Sinxua agentliyinin sözügedən xəbərini Çinin birçox media qurumları yayıb. Bundan başqa, Çinin bəzi ixtisaslaşmışsayları Prezident İlham Əliyevin iqtisadi mövzulardakıfikirlərindən də xəbərlər hazırlayıb.