AZ

Qrenlandiya məsələsində Avropa ölkələrindən birgə mövqe

Danimarka, Polşa, Fransa, Almaniya, İtaliya, İspaniya və Birləşmiş Krallıq Qrenlandiya ilə bağlı birgə bəyanat yayıb.

Doğru.az xəbər verir ki, sənəddə vurğulanır: “Danimarka və Qrenlandiya ilə bağlı qərarlar yalnız Danimarka və Qrenlandiya tərəfindən qəbul edilməlidir.”

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Stiven Miller bir müddət əvvəl CNN-ə müsahibəsində Danimarkanın Qrenlandiya üzərində nəzarətinin legitimliyinin şübhə altında olduğunu demişdi. Yanvarın 5-də isə ABŞ lideri Donald Tramp ABŞ-ın Qrenlandiyaya ehtiyacı olduğunu bildirib.

Hollandiyanın xarici işlər naziri David van Wiel isə Qrenlandiyanın gələcəyi ilə bağlı qərarın yalnız Qrenlandiya və Danimarka tərəfindən verilməli olduğunu qeyd edib.

DOĞRU.AZ

Seçilən
54
1
dogru.az

2Mənbələr