AZ

“İran ordusu döyüşə hazır vəziyyətdədir” – Mürtəza Qurbani

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tam döyüş hazırlığı vəziyyətindədir.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu SEPAH komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani deyib.

O bildirib ki, ABŞ və İsrailin hər hansı təcavüzünə layiqli cavab veriləcək:

“Bölmələr hazırdır. Hər hansı bir təcavüz baş verərsə, onlar onu (İsraili nəzərdə tutur – red.) yerlə-yeksan edəcəklər”.

Qeyd edək ki, dekabrın sonunda İranın müxtəlif şəhərlərində güclü inflyasiya səbəbindən kütləvi etirazlar başlayıb.

Seçilən
83
3
konkret.az

4Mənbələr