AZ

Daha bir prezident sarayı ətrafında ATIŞMA

Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində atəş səsləri eşidilir.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin istinad etdiyi şahidlərin sözlərinə görə, prezident sarayı olan Maaşiq ətrafında atəş səsləri eşidilib.

"Al Mahriah" telekanalının yaydığı məlumata görə, Ədəndə Krater və Xor-Maksar bölgələrində zenit qurğuları naməlum pilotsuz uçan obyektə atəş açır.

Daha əvvəl Yəmən hakimiyyəti BƏƏ-dən ölkə ərazisindəki bütün hərbi qüvvələrini və texniki personalını çıxarmasını tələb etmişdi. Bu tələb, BƏƏ ilə birgə müdafiə sazişinin dayandırılması ilə bağlı irəli sürülüb.

Seçilən
129
2
publika.az

3Mənbələr