AZ

Abşeron icra başçısı Abdin Fərzəliyev Xırdalanda tikintini dayandırmışdı, indi isə hansı şətrlərə icazə verildi? – VİDEO

Xəbər verdiyimiz kimi  Xırdalanda beşmərtəbəli binanın qarşısında yaşıllıq mə*v edilərək qanunsuz tikinti işləri aparılır.

NOCOMMENT.az xəbər verir ki, XALQ-a daxil olan məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli binanın qarşısnda tikinti işləri qanunsuz aparılır.

Məlumata görə Abşeron rayon icra hakimiyyəti tərəfindən tikinti dayandırılmışdır. Hətta açıqlamalarında bildirmişdilər ki, aidiyyatı qurumlara məlumat verilib.

Lakin noyabr ayında tikintisi dayandırılan qanunsuz obyekt artıq tikilib və inşa işləri bitmək üzrədir.

Bəs bu tikinti ilə  Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin tikinti ilə bağlı ətraflı videoreportajı təqdim edirik:

 

Seçilən
77
nocomment.az

1Mənbələr