AZ

Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

Milli.Az xəbər verir ki, finala vəsiqə uğrunda "Fənərbaxça" "Samsunspor"la üz-üzə gəlib.

Görüş Yeni Adana Stadionunda baş tutub və Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollar sayəsində "sarı-lacivərdlilər" rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. "Fənərbaxça" həlledici görüşdə "Qalatasaray"la qarşılaşacaq.

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda "sarı-qırmızılılar" "Trabzonspor"u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.

Qeyd edək ki, Türkiyə Superkubokunun final qarşılaşması yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.Milli.Az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
9
news.milli.az

10Mənbələr