AZ

Nəvəsinə milyonluq sürpriz: Sibel Canın jesti

Türkiyənin tanınmış müğənnisi Sibel Canın ötən ay dünyaya gələn nəvəsi Lina üçün etdiyi bahalı jest ictimaiyyətin diqqətini çəkib.

"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi nəvəsinə İstanbulun prestijli Etiler bölgəsində yerləşən, dəyəri 86 milyon lirə (təxminən 3,4 milyon manat) olan dəbdəbəli mənzil hədiyyə edib.

Xatırladaq ki, Sibel Canın oğlu Engincan Ural Merve Kaya ilə ailəlidir. Məşhur müğənninin bu addımı sosial şəbəkələrdə və media məkanında geniş müzakirələrə səbəb olub.


Telegram kanalımız
Seçilən
92
yenisabah.az

1Mənbələr