ain.az, GlobalInfo saytına istinadən bildirir.
Ukraynada 15-30 min arası Qərb sülhməramlıları yerləşdirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
“Müxtəlif Avropa paytaxtları kontingentin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirirlər. Onların sayı 15 min ilə 20 min arasında dəyişir. Dənizin, səmanın və qurunun təhlükəsizliyini təmin edəcək 30 min sülhməramlıya ehtiyac var.
Hələlik heç bir plan açıqlanmayıb. Lakin qüvvələrin əsas hissəsinin Fransa və Böyük Britaniya tərəfindən təmin ediləcəyi gözlənilir. Onlar quru və hava komponentlərinə cavabdeh olacaqlar.
Türkiyə Qara dənizdəki nəqliyyat yollarının təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirib“, – nəşr qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.