ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın onun rəqs etməsinə mənfi yanaşdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Konqresində çıxışı zamanı danışıb. O bildirib ki, Melaniya bu hobbinin prezident statusuna uyğun olmadığını düşünür.
“Melaniya dedi ki, bu, prezidentliyə yaraşmır”, – deyə Tramp Konqres üzvləri qarşısında çıxışı zamanı qeyd edib.
Media yazır ki, Donald Tramp həyat yoldaşının fikirlərinə xüsusi önəm verir və bir çox məsələlərdə onunla məsləhətləşir. ABŞ Prezidenti daha əvvəl açıqlamalarında siyasi karyerasına başladıqdan sonra diqqətini yalnız həyat yoldaşı Melaniyaya yönəltdiyini də vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.