AZ

Zelenskidən Qərbə açıq mesaj: “Boş vədlər Ukraynanı raketlərdən qorumur

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşdən sonra mühüm açıqlamalar verib.

"Ölkə.az" xəbər verir ki, dövlət başçısı danışıqlar zamanı Ukraynanın müdafiə qabiliyyətinin real şəkildə gücləndirilməsi imkanlarının müzakirə olunduğunu bildirib.

Zelenskinin sözlərinə görə, diplomatik səylər təkcə siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret və təsirli hərbi-texniki dəstəklə müşayiət edilməlidir. O, xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkib.

Prezident vurğulayıb ki, məhz bu cür real dəstək Ukraynanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə mövqelərini gücləndirə bilər.(Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
olke.az

2Mənbələr