AZ

Dumanlı hava yol təhlükəsini artırır DYP xəbərdarlıq etdi

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Doğru.az xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır”.

Sürücülərə tövsiyə olunur:

Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;

Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz məsafəni qoruyun;

Zərurət olmadıqca səfərləri təxirə salın;

Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;

Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıq əks etdirən geyimlərə üstünlük verin;

Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;

Dumanlı havada sürücünün sizi vaxtında görməsinin çətinləşdiyini unutmayın.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb:

“Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir”.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
98
21
dogru.az

10Mənbələr